DataLife Engine > sehiyye > Kontraseptiv həblər: necə istifadə edilir? - QAYDA

Kontraseptiv həblər: necə istifadə edilir? - QAYDA


13-05-2015, 19:56. Разместил: heqiqet Kontraseptiv həblər: necə istifadə edilir? - QAYDA
Kontraseptiv həblər estrogen ve progesteron tərkibli hormonal həblərdır. Yüksək nəticə və az yan təsirinə görə, ən çox istifadə olunan qorunma üsuludur. Kontraseptivlərin istifadəsinə menstruasiyanın ilk günü başlanılmalıdır. Hamiləlikdən qoruma faizi bu həblərdə 100 faizdir.

Kontraseptiv həblərin ən əsas tələbi unudulmamalı və gündəlik alınmalıdır. Kontraseptiv həblərin alındığı zaman, ilk həbin qəbulundan qorunmanın başlandığı düşünülür. Hətta qadın həbləri istifadə etməyə başlamışkən iki gün üst-üstə unudarsa, o ay bir başqa, yeni qorunma yollarından istifadə edilməsi tövsiyə edilir. Bir gün unutmaq çox vacib deyil, ancaq iki gün üst-üstə unudularsa, bu zaman qorunma pozulur. Kontraseptiv həblər günlük həblərdir, o gün sizi qoruyur, qutu bitdikdən sonra heç bir şəkildə qorumur.

Kontraseptivlər hamiləliyin qarşısını necə alır?

Hamiləlik qadın yumurtalıqlarında əmələ gələn yumurta hüceyrə ilə kişi spermatozoidinin birləşib, döllənərək uşaqlıq içinə yerləşməsi nəticəsində yaranır. Kontraseptivlərin içində olan hormonlar xaricdən verildiyi üçün orqanizmin hormon kontrolunu ələ alaraq yumurtalıqlarda yumurtlamanın, yəni yumurta hüceyrənin əmələ gəlməsinin qarşısını alır. Beləliklə, spermanın dölləndirə biləcəyi yumurta hüceyrə olmadığından hamiləlik olmur.

Kimlər kontraseptiv həbləri istifadə edə bilər, kimlər edə bilməz?

Damar tutulmasının olması və ya şübhəsi olanlar, damar tutulması olan şəkər xəstələri, ciddi qaraciyər xəstələri və qaraciyər şişi, döş və ya cinsiyyət orqanlarına aid şiş, ciddi miqren tutmaları olanlar, ailəvi qanda lipid yüksəkliyi olanlar, bilinən hamiləlik və ya hamiləlik şübhəsi olanlar - oral kontraseptiv preparatlar istifadə etməməlidir. Həmçinin səbəbi bilinməyən qanaxmaları olan qadınlar da kontraseptivlərdən istifadə etməməlidirlər. Əlbəttə, kontraseptiv həblərin istifadəsinə ümumi ginekoloji müayinədən keçdikdən sonra başlamanız daha məsləhətdir.

Kontraseptiv həblər kilo almaya səbəb olurmu?

Son vaxtlar istifadə olunan az dozalı kontraseptiv həblərdə bu təsir çox azdır. İstifadə olunduğu ilk vaxtlardan bunu bilmək olur.

Kontraseptiv həblərinin düzgün istifadəsi necədir?

Kontraseptiv həblər 21, 28 və ya 24 günlük buraxılış formasında ola bilər. Mütləq həkiminiz ara vermədən, sizə təyin etdiyi kimi istifadə edin. İçində 21 dənə həb olan preparatlarda, sadəcə ilk dəfə həb istifadə olunmağa başlanacaqsa, qutudakı ilk həb menstruasiyanın (aybaşının) ilk 5 günü ərzində istifadə olunmağa başlanmalıdır. Hər gün 1 həb qəbul edilir. Bütün qutudakı həblər qurtardıqda, 7 gün ara verilir, 8-ci gün yeni qutuya başlanılır. Bu yeddi günlük arada menstruasiya başlayır. Menstruasiya davam etmiş olsa belə, 8-ci gün yeni qutuya keçilməlidir. Əgər 24 günlük həblərdirsə, üzərində 1-ci gün yazılan həbdən istifadə etməyə başlanılır və davam edilir. Dərman istifadəyə başlanılan ilk 3 ayda, ləkə şəklində qanamalar ola bilər. Qismən gözlənilən bir haldır. Nadirən bu preparatın dozasından asılı olur və preparatı dəyişmək lazım gəlir. Bu ləkələr görüldüyü zaman həkiminizi xəbərdar etməlisiniz.
Həbləri istifadə edərkən, günün eyni saatında qəbul etməyə çalışın. Kontraseptiv preparatlar istifadə edərkən başqa dərman (məsələn, antibiotik) içməli olsanız, mütləq həmin preparatın kontraseptiv preparatlarla birgə istifadəsi zamanı bir-birinin təsirindən xəbərdar olun. Çünki bəzi preparatlar konseptivlərin təsirini azaldır.

Kontraseptiv həblərin qadına başqa nə müsbət təsiri var?

1. Kontraseptivlərin uşaqlıq, yumurtalıq və uşaqlıq yolu xərçəngi riskini azaltdığı bilinir.
2. Menstruasiya sancılarını azaldır, menstrual tsiklin normal gedişini təmin edir.
3.Menstruasiya önü gərginliyi azaldır.
4.Menstrual qanın miqdarını azaldaraq qan itkisinin qarşısını alır.
5.Çivzə və tüklənmənin müalicəsində faydalıdır.
6.Fibrokistoz döş xəstəliyi daha az rast gəlinir.
7.Vaginal infeksiyaların rast gəlmə tezliyini azaldır.
8.Uşaqlıq xaric hamiləlik riskini azaldır.

Kontraseptiv həblərin istifadəsi hansı halda dayandırılmalıdır?

Şiddətli baş ağrısı, eyni zamanda ürək bulanma, qusma, bulanıq görmə olarsa, ani görmə itkiləri, keçici korluq kimi hallarda dərman dərhal kəsilməlidir. Ayaqlarda qızartı, şişlik, ağrı, iflic, şiddətli qarın ağrısı, şiddətli sinə ağrısı və nəfəs almada çətinlik, qan təzyiqində yüksəlmə dərmanın kəsilməsini tələb edən digər hallardır. Əlavə təsir olaraq isə ürək bulanma, baş ağrısı, cinsi istəksizlik, mensruasiyalar arasında qanaxmalar görülə bilər.
Вернуться назад