DataLife Engine > sehiyye > Əllərinizin şəfası heç vaxt tükənməsin, Məmməd həkim!

Əllərinizin şəfası heç vaxt tükənməsin, Məmməd həkim!


Dünən, 11:42. Разместил: heqiqet

 Səhiyyədə müasirlik və yenilikçi ruh yaratmaq bu sahədə həm tibbi potensialı artırır, həm də əhalinin tibbi resurslara inamını bərpa edir. Son illər xarici ölkələrə xəstə axınının qarşısı alan əsas səbəblərdən də biri məhz budur. Əlbəttə, ölkəmizdə müasir səhiyyə prioriteti formalaşıb, savadlı, bacarıqlı həkimlərə bu gün daha çox ehtiyac var. Çünki xəstəliklər cavanlaşıb, tibbi zəmin müasir səhiyyə ilə bir sıra əks münasibətlər yaşayır; bunun qarşısını ala biləcək yeganə addım ölkəmizdə savadlı həkimlər ordusu yaratmaqdır. 
Xoş haldır ki, tibbi yüksəliş təkcə yaşlı tibbi personalın üzərində cəmləşməyib, bu işdə gənc nəslin də xüsusi rolu var. Məsələn,  Mingecevir şəhərindəki Regional Hospitalda çalışan invaziv kardioloq Dr. Məmməd Vəliyev müasir Azərbaycan səhiyyəsinin dünya standartlarını dərindən bilən savadlı, işini bilən həkimdir. Onun müayinə və müalicə etdiyi xəstələr başqalarına da məhz onu məsləhət bilir, onu örnək göstərirlər. 
Əlbəttə, son illər cavanlaşan xəstəliklərdən biri də ürək-damar xəstəliyidir. Ümumiyyətlə isə ürəyin sağlamlığı hər kəs üçün ən vacib məsələlərdən biridir. 
Tibb elmi sübut edir ki, müasir tibbdə ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsində invaziv kardiologiya böyük rol oynayan sahələrdəndir. Bu sahə üzrə ölkəmizdə az sayda da olsa, ixtisaslaşmış kadrlar var və onlardan biri də məhz Dr. Məmməd Vəliyevdir. O, invaziv kardiologiyanı dərindən mənimsəyib, təcrübə və şəxsi bacarığı sayəsində bir sıra nailiyyətlərə imza atıb. Məmməd Vəliyev artıq illərdir bu sahədə həm ixtisaslaşmış invaziv kardioloq, həm müasir tibbi texnologiyalar və minimal invaziv üsullarla xəstələrinə yüksək səviyyədə xidmət göstərən həkimdir, həm də xəstələrini öz doğması bilən, onlarla bütün deontoloji proseslərdə mehriban davranan dəyərli insandır. 
Tanımayanların da bilməsi üçün Dr. Məmməd Vəliyevin hansı invaziv prosedurları həyata keçirdiyini bird aha təqdim edək.
Dr. Məmməd Vəliyev koronar angioqrafiya – ürək damarlarının dəqiq görüntülənməsi, stent implantasiyası – tıxanmış damarların açılması, balon angioplastika – daralmış damarların genişləndirilməsi, kəskin və xroniki damar tutulmalarının müalicəsi, ürək-damar problemlərinin erkən diaqnostikası və s. kimi çətin prosesləri həyata keçirir və dediyimiz kimi, işinin öhdəsindən çox məharətlə gəlir. Bunu onun xəstəsi olmuş, onun əllərindən şəfa görmüş insanlar da təsdi edir. Neçə-neçə xəstə Məmməd həkimin savadı və bacarığı və uğurlu tibbi müdaxiləsi sayəsində miokard infarktı kimi ciddi hallardan canlarını qurtara biliblər. 
Dr. Məmməd Vəliyev müraciətində hər kəsə bildirir ki, əgər sizdə sinədə sıxıcı və ya yandırıcı ağrı, sol qola, boyuna və ya çənəyə yayılan ağrı, nəfəs darlığı, sürətli yorulma və halsızlıq, yüksək arterial təzyiq və s. kimi simptomlar varsa, vaxt itirmədən mütəxəssisə müraciət edin. Çünki bu əlamətlər ürək-damar xəstəlikləri ilə əlaqəli ola bilər.
Mingəçevirdə insanları razı salan məsələlərdən biri də odur ki, Dr. Məmməd Vəliyev xəstələrinə fərdi yanaşma tətbiq edir, onların müalicə və müayinəsində ən son tibbi yeniliklərdən istifadə edir. Məsələn, minimal invaziv müdaxilələr (açıq əməliyyatsız), qısa bərpa müddəti, yüksək dəqiqlik və təhlükəsizlik, beynəlxalq protokollara uyğun müalicə. Bu tibbi tətbiqlər əlbəttə ki, Məmməd həkim kimi səriştəli bir ürək cərrahının insanlara sevgisi, həkim qayğısıdır. 
Məmməd həkimin ən əsas istəyi odur ki, insanlarda ürək-damar xəstəliklərini erkən mərhələdə aşkarlasın, düzgün müalicə etmək və pasiyentlərin sağlam, uzunömürlü həyat sürməsinə dəstək olsun. Buna görə o, deyir ki, ürəyiniz sizin həyat mənbəyinizdir. Onu qorumaq üçün vaxtında mütəxəssisə müraciət edin.
Cəmiyyətimizin də məhz ürəkləri sağlam insanlara çox ehtiyacı var... Ürəyi sağlam insanın əməlləri də sağlam olur...
Sizə möhkəm can sağlığı arzu edirik, Məmməd həkim! Əllərinizin şəfası heç vaxt tükənməsin!

İlkin Əzizxanoğlu


Вернуться назад