DataLife Engine > sehiyye > Gigiyenik qaydaları pozan 29 sahibkar cərimələnib

Gigiyenik qaydaları pozan 29 sahibkar cərimələnib


3-11-2015, 18:23. Разместил: admin Gigiyenik qaydaları pozan 29 sahibkar cərimələnib Səhiyyə Nazirliyi respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2015-ci ilin sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması yoxlanışı, eləcə də laboratoriya müayinələrinin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 29 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 11 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 1 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Yoxlamalar zamanı orqanoleptik və fiziki-kimyəvi göstəricilərə görə 254, mikrobioloji göstəricilərə görə 219 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərə görə 4 nümunədə normalardan kənara çıxma müəyyən olunub.
Bundan başqa, şadlıq evləri və iaşə müəssisələrində aparılan yoxlamalar zamanı həmin obyektlərdən 885 yaxma götürülüb, yaxma nümunəsində isə mikrobioloji çirklənmə aşkar edilməyib.
Nazirliyin məlumatında o da bildirilir ki, sentyabr ayı ərzində əhali arasında 39 qida zəhərlənməsi hadisəsi baş verib, 66 nəfər zərərçəkən olub. O cümlədən, 2 botulizm hadisəsi baş verib, 2 zərərçəkən olub .
Qeyd edək ki, qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.



Вернуться назад