DataLife Engine > sehiyye > Cəbhə rayonlarında həkim çatışmır

Cəbhə rayonlarında həkim çatışmır


7-11-2015, 15:50. Разместил: heqiqet Cəbhə rayonlarında həkim çatışmır Xəstəxana müasir tibbi avadanlıqla təhciz olunsa da mütəxəssis yoxdur.
Son 3 ay ərzində Bərdə MRX-na Ağdam və Tərtər rayonlarından 90 xəstə göndərilib. Bunların da əksəriyyətini müxtəlif səbəblərdən xəsarət alanlar və yaralılar təşkil edir.
Cəbhə xəttində yerləşən Tərtər rayonunun Sərkəzi xəstəxanası 2012-ci ildə əsaslı təmir olunduqdan sonra istifadəyə verilib. Rayon Səhiyyə Şöbəsinin tərkibində Uşaq xəstəxanası, 2 kənd sahə xəstəxanası və 36 tibb məntəqəsi fəaliyyət göstərir. 121 çarpayılıq Tərtər Mərkəzi Xəstəxanası müasir tibbi avadanlıqla təchiz olunub. Buna baxmayaraq, ağır yaralıları burada əməliiyat etmək mümkün deyil.
Səbəblər barədə danışan xəstıxananın baş həkiminin müalicə işləri üzrə müavini Sevda Əliyeva bildirdi ki, anestezioloq olmadığından yalnız yerli keyitmə ilə yüngül əməliyyatlar həyata keçirilir. Eyni zamanda xəstəxanada digər ixtisaslar üzrə də həkim çatışmazlığı mövcuddur.
"İşimizdə çatışmazlıqlar odur ki, həkim travmotoloqa, anestezioloqa və cərrah kadrlara ehtiyacımız var. Bax bu səbəbdən biz müraciət edən xəstələri ilkin yardımla təmin etdikdən sonra ixtisslaşmış müalicə üçün Bərdə diaqnostika mərkəzinə göndəririk"--deyə Tərtər MRX-nın baş həkiminin müavini Sevda Əliyeva bildirdi.
Ağdam MRX-da da vəziyyət fərqli deyil.Quzanlı qəsəbəsində yerləşən xəstəxananın 50 çarpayı tutumu var. Xəstəxanadan bildirdilər ki, Ağdamın işğalından sonra xəstəxana personalının böyük bir hissəsi respublikanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olub. Bu səbəbdən də müxtəlif sahələrdə həkim çatışmazlığı var. Travmatalogiya şövbəsi isə ümumiyyətlə mövcud deyil.
"Travmanın ağır dərəcələri var. Məsələn, daxilə müdaxilə, trokatomiya ehtiyac olan xəstələrə burda o şərait yoxdu, şöbə yoxdu. Onları göndəririk Bərdə yaxındır təcili tibbi yardım maşını ilə ora. Yerdə qalan travmalar, yaralanma, bıçaqlanma onun hamısına burda yardım göstərə bilirik"- deyə Ağdam MRX-nın baş həkiminin müavini Qara Qasımov bildirib.
Xəstəxananın baş həkiminin müavini onu da əlavə etdi ki, mütəxəssis çatışmazlığı ilə bağlı Səhiyyə Nazirliyinə və Tibb Universitetinə də məlumat verilib. Bərdə MRX-dan isə bildirdilər ki, son 3 ay ərzində Ağdam rayonundan 39, Tərtədən isə 51 yaralı qəbul edilib. Bunlar arasında Ermənistan tərəfinin atəşkəsi pozması nəticəsində yaralanan mülki şəxslər də var.

Вернуться назад