DataLife Engine > sehiyye > Bakıda xəstəxanada həkimləri döydülər

Bakıda xəstəxanada həkimləri döydülər


31-03-2016, 17:06. Разместил: heqiqet Bakıda xəstəxanada həkimləri döydülər Bakıda yerləşən ixtisaslaşmış xəstəxanalardan birində insident baş verib.
R.Bağırov küçəsi-30 ünvanında yerləşən 2 saylı Vərəm Dispanserində həkimlər xuliqanlıq zəminində döyülüb. 37-ci Polis Bölməsinə müraciət edən 1960-cı il təvəllüdlü Babayev Qılman Əli oğlu və 1963-cü il təvəllüdlü Abdulzaqov Sübhan Rza oğlu bildirib ki, xəstəxanada Nəcməddin adlı şəxs xuliqanlıq zəminində onları döyərək xəsarət yetirib.
Həkimlərin müraciəti ilə bağlı müvafiq araşdırmalar aparılır.
Вернуться назад