Cəbhəyanı bölgədə uşaqlarda ürək əməliyyatarı icra olunur
29-04-2016, 11:23. Разместил: heqiqet
Respublika Diaqnostika Mərkəzinin invaziv kardiologiya və ürək-damar xəstəlikləri şöbəsinin tanınmış mütəxəssisləri Dr. Rəşad Mahmudov və nümayəndə heyəti cəbhəyanı bölgəmiz olan Füzuliyə səfər edib.Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mütəxəssislər 4 gün ərzində "Uşaqların ürəyi Qarabağda döyünür" şüarı altında 1-10 yaşlı uşaqlarda təmənnasız anadangəlmə ürək qüsurları əməliyyatları icra edirlər. Əməliyyatlar zamanı Müalicəvi Diaqnostika Mərkəzinə məxsus ən son texnoloji aparat və avadanlıqlardan istifadə ediləcək.
Вернуться назад