DataLife Engine > sehiyye > Bərdədə Doğum Evində uşaq ölümü qeydə alınıb

Bərdədə Doğum Evində uşaq ölümü qeydə alınıb


12-07-2016, 13:47. Разместил: heqiqet Bərdədə Doğum Evində uşaq ölümü qeydə alınıb Ötən gün Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində uşaq ölümü qeydə alınıb.
EL TV (Region TV) xəbər verir ki, Bərdə rayonu Gərənə kənd sakini, hazırda Qaradəmirçi kəndində yaşayan, 1994-cü il təvəllüdlü Aysel İlham qızı Qocayeva erkən doğuş diaqnozu ilə doğum şöbəsinə yerləşdirilib.
Məlumatda qeyd olunur ki, hamiləliyinin 7-ci ayında olan A.Qocayevanın dünyaya gətirdiyi əkiz uşaqlardan biri doğuş zamanı ölüb, digərinin vəziyyəti isə ağırdır. Doğuşu həyata keçirən Tahirə adlı həkim xəstənin valideynlərinə doğuşun qaydasında aparıldığını bildirib. O uşaq ölümünü erkən doğuşla əlaqələndirib.
Вернуться назад