Nazirlik: Sumqayıtda psixi sağlamlıq imkanları məhdud olan 69 uşaq qeydiyyata alınıb
28-10-2016, 13:55. Разместил: heqiqet
Sumqayıt şəhərində 5 nömrəli uşaq poliklinikasının nəzdində Psixi sağlamlıq xidməti yaradılıb.Səhiyyə Nazirliyindən verilən xəbərə görə, bölmə Sumqayıt, Abşeron, Siyəzən, Qobustan və Xızı rayonlarında yaşayan psixi sağlamlığı məhdud olan uşaqlara da psixi sağlamlığın bərpası xidmətini göstərir.
Bölmədə psixi sağlamıq xidmətinin keyfiyyətli surətdə aparılması, yeni müalicə və reabilitasiya üsullarının tətbiqi üçün hər cür şərait yaradılıb. Bölmədə çalışan həkim-psixiatr, psixoloq, loqoped və müalicəvi bədən tərbiyəsi və əmək terapiyası üzrə təlimatçılar Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində təşkil edilmiş treninq və təcrübə proqramında uşaq və yeniyetmələr üçün psixi sağlamlıq xidmətlərinin həyata keçirilməsi, yeni yanaşmalar və üsullara yiyələnməyi öyrəniblər.
Sumqayıt şəhərindəki 5 nömrəli uşaq poliklinikasının nəzdində təşkil edilmiş Psixi sağlamlıq bölməsinə təhkim olunmuş 4 rayonun səhiyyə orqanları ilə əlaqə saxlanıb və göstərişlərə görə uşaqların psixi sağlamlıq xidmətinə cəlb edilməsi təşkil edilib. Artıq Psixi sağlamlıq bölməsində 69 uşaq (41 uşaq Sumqayıt şəhərindən, 21 uşaq Abşeron rayonundan, 7 uşaq isə Xızı və Siyəzən rayonlarından) göndərişlərə əsasən qeydiyyata alınıb.
Вернуться назад