İİV-ə ən çox bu insanlar yoluxur - 4 əsas risk qrupu
30-11-2016, 14:27. Разместил: heqiqet
Bunlar məhbuslar, homoseksuallar, seks biznes işçiləri, inyeksiyon yollarla yoluxanlardır.
XəzərXəbər xəbər verir ki, bu sözləri Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, 2015-ci ildə bu 4 risk qrupu arasında monitorinq keçirilib və onlar arasında QİÇS-ə yoluxma halının azaldığı müşahidə edilib.
“Eyni zamanda 2011-ci ilə qədər QİÇS-ə yoluxma ilə bağlı küçə uşaqları risk qrupuna daxil idi. Lakin biz küçə uşaqları arasında kəşfiyyat epidomoliji nəzarət tədbiri həyata keçirdik. Onlar arasında İİV-ə yoluxma halı müəyyən edilməyib. Ona görə də küçə uşaqlarını risk qrupundan çıxardıq”.
Вернуться назад