"Sehiyyə sisteminin əsas göstəricisi həkimlərin peşəkarlığıdır"
5-12-2016, 12:19. Разместил: heqiqet "Səhiyyə sisteminin əsas göstəricisi həkimlərin peşəkarlığıdır. Hesab edirəm ki, bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Həm təhsillə, həm həkimlərin təkmilləşdirilməsi ilə bağlı hələ görüləsi işlər çoxdur. Ümid edirəm ki, bizim bütün həkimlərimiz dünyada bu gün səhiyyə sahəsində gedən yenilikləri izləyəcəklər. Azərbaycanda ən mütərəqqi metodlar tətbiq ediləcəkdir. Bax, peşəkarlıq da bu şəraitə uyğun olmalıdır. Belə olan halda hesab edirəm ki, Azərbaycanda səhiyyə sahəsində arzu etdiyimiz nəticə əldə olunacaq" - deyə Prezident İlham Əliyev bildirib.
Lənkəran Şəhər Uşaq Xəstəxanasmın nəzdində olan Zona üzrə Uşaq Reanimasiya Şöbəsində 23 il şöbə müdiri işləmiş, ali dərəcəli sertifikat almış revmotoloq, Uşaq Xəstəxanasının həkimi Sücəddin Əbdülov dövlət qayğısı artdıqca Azərbaycan səhiyyəsinin inkişafı haqqında fikirlərini bizimlə bölüşdü:
- Bütün mənalı həyatını Azərbaycan xalqının firəvanlığına, xoş gələcəyinə sərf edən ulu öndər Heydər Əliyevin diplo-matiyası böyük bir siyasi məktəbdir.
Sevindirici haldır ki, bu gün Heydər Əliyev ideyalarını onun siyasi kursunun ləyaqətli davamçısı prezidentimiz İlham Əliyev uğurla davam etdlrir. Əgər ulu öndər Heydər Əliyev ölkəmizi məhvolma təhlükəsindən xilas etdisə və xalqımıza xoşbəxtlik bəxş etdisə, onun layiqli davamçısı cənab İlham Əliyev bu zəmində qurulmuş dövlətimizi daha da inkişaf etdirməkdə, gələcəyə doğru mətin və inamlı addımlarla aparmaqdadır. Ona görə də İlham Əliyevi gələcəyin qarantı hesab edənlər yanılmırlar. Onun başlıca məqsədi iqtisadi cəhətdən güclü və siyasi cəhətdən müstəqil dövlət qurmaqdır. O, bu yolda cəsarətlə addımlar atır. İlham Əliyev sözün əsl mənasında xalqını sevən və xalqı tərəfindən sevilən xoşbəxt insanlardandır. Bəlkə elə buna görədir ki, xalq ölkəmizin başlıca bəlasından - itirilmiş torpaqlarımızın geri qaytarılmasından danışanda Prezldentin sülh variantına üstünlük verməsini alqışlayır. "Biz qan tökmək, şəhidlərimizin sayını artırmaq istəmirik, deyən ölkə Prezidenti inamla bildirir ki, əgər sülh siyasətimiz müsbət nəticə verməsə, Milli Ordumuzun gücü ilə Qarabağı yenə də Azərbaycanın gözəl güşəslnə çevirəcəyik".
Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezi-denti kimi fəaliyyət göstərdiyi illər bir daha sübut etdi ki, xalqımız öz seçimində yanılmamış, məhz ulu öndər Heydər Əliyev başladığı yolu davam etdirməyə qadir olan ən layiqli davamçmı özünə rəhbər seçmişdir. Bu gün möhtərəm İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar prosesi respublikamızm siyasi, hüquqi və mədəni inkişafı istiqamətində mühüm nailiyyətlərlə müşayiət olunur.
Milli səhiyyəmiz sürətlə inkişaf edir, dünya standartları səviyyəslndə yenidən qurulur. Bu sahəyə dövlət qayğısı gündən-günə artır. Azərbaycan səhiyyəsinin dünya səhiyyə sisteminə inteqrasiya olunması istiqamətində məqsədyönlü layihələr həyata keçirilir. Yeni-yeni tibb müəssisələri tikilir, mövcud səhiyyə ocaqları əsaslı təmir olunur, müasir avadanlıqla təchiz edilir. Bu iş regionlarda daha geniş vüsət almışdır. Tikilən səhiyyə ocaqları bölgələrdə yaşayan insanların işini xeyli asanlaşdırır, onların sağlamlığının qorunmasına, bərpasına xidmət edir. Ölkə başçısı səhiyyənin vəziyyətini yaxşılaşdırmasını daim diqqət mərkəzində saxlayır və öz çıxışlarında qeyd edir ki, Azərbaycanm hər bir vətəndaşı sağlam həyat yaşamalıdır. Bu mənada yeni tikilən, yaxud təmir olunan səhiyyə müəsisisələrinin beynəlxalq standartlara uyğun tibb avadanlıqları, dərman preparatları ilə təchizatı təqdirəlayiqdir və öz bəhrələrini verir.
Səhiyyə sahəsində aparılan islahatlar insanlara tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə, xəstələnmə faizinin aşağı düşməsinə zəmin yaratmışdır.
Respublikada tibb kadrlarının hazırlanması güclü kadr po-tensiallarının formalaşdırması işi daim diqqət mərkəzində-dir. Biz prezident seçildiyi gündən bu yana cənab İlham Əliyevin işini təqdir etmiş, dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Xalq İlham Əliyevi sevir. Rəhbər-xalq birliyi sarsılmazdır, qarşıda gələn illərdə də öz əməlimiz və işlərimizlə dəstəkləyəcəyik.
"Mən hər bir Azərbaycarr vətəndaşınm prezidenti olaca-ğam" - deyən prezident İlham Əliyev verdiyi vədi şərəflə doğrultdu. O, Heydər Əliyev ideyalarını, amallarını, arzularını nəinki həyata keçirdi, bu ideyalara yeni çalarlar, yeni tövhələr, yeni istiqamətlər bəxş etdi.
XX əsrdə Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini əldə etdikdən sonra keçid dövrünün yaratdığı problemləri həmin illərdə hakimiyyətdə olan naşı siyasətçilər daha da dərinləşdirdi. Belə ki, hakimiyyətin idarə edilməsində yaranan anarxiyanın nəticəsi olaraq torpaqlarımızın 20 faizi nankor qonşularımızın tapdağına çevrildi. İşğal olunmuş ərazilərimizdən bir milyona yaxın dinc əhali qaçqın və köçkün vəziyyətinə düşməyə düçar olub.
Bütün bunlar azmış kimi kreslo davası, tayfabazlıq, haki-miyyətin silahlı yolla ələ keçirilməsi kimi yaramaz hallar baş verməyə başladı. Ayrı-ayrı hakimiyyət iddiasmda olan silahlı dəstələr yenicə müstəqillik yoluna qədəm qoymuş Azərbaycanda qarşıdurma, vətəndaş müharibəsi vəziyyəti yaratmışdılar.
Belə bir çətin vəziyyətdə, dövlət müstəqilliyinin uçurum qarşısında qaldığı bir vaxtda xalq öz düzgün seçimlni edərək həmin illər Naxçıvanda olan öz müdrik oğlu Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdi. Ölkənin belə bir ağır vəziyyətində Heydər Əliyev xalqın səsinə səs verərək Naxçıvandan Bakıya gəldi.
Ölkəmizdə siyasi, iqtisadi böhran, hakimiyyətsizlik elə bir həddə çatmışdı ki, xalqı bu bəladan yalnız Heydər Əliyev xilas edə bilərdi. Əvvəlcə müxtəlif silahlı dəstələr arasındakı qarşıdurma dinc yolla yatırıldı, vətəndaş müharibəsinin qarşısı alındı.
Belə bir şəraitdə ölkəyə rəhbərlik etmək yükünün altına yalnız xalqın müdrik oğlu, beynəlxalq aləmdə öz slyasi baxışı ilə tanmmış Heydər Əliyev girə bilərdi. Bu, belə də oldu.
Mahiiə Qurbanova
Вернуться назад