Ötən il Azərbaycanda 924 nəfər qidadan zəhərlənib, iki nəfər ölüb
11-01-2017, 14:43. Разместил: heqiqet
Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin illik hesabatında bildirilib.
Hesabata görə, ötən il 36 botulizm hadisəsi nəticəsində 55 nəfər zəhərlənib.
Qida zəhərlənmələrindən 2 nəfər vəfat edib.
Ötən ilin dekabr ayında isə baş verən 24 qida zəhərlənməsi halı nəticəsində 37 nəfərin zərər çəkdiyi, 3 botulizm hadisəsi nəticəsində 9 nəfərin zəhərləndiyi açıqlanıb.
Вернуться назад