Gələcək həkimlər üçün yeni dərs vəsaiti hazırlanıb
9-02-2017, 13:10. Разместил: heqiqet
İnstitutdan bildiriblər ki, kitab 6 fəsildən ibarətdir. Birinci fəsildə narkoloji xəstəliklərdə müşahidə olunan əsas psixopatoloji əlamətlərin tərifləri verilib, ikinci fəsildə narkomaniyanın tibbi-sosial aspektləri nəzərdən keçirilib, sonrakı fəsillərdə psixoaktiv əlavələrdən istifadə zamanı psixika və davranışın pozulmasının etioloji və patogenetik aspektlərinə, bu əlavələrin qəbul edilməsi zamanı yaranan pozulmaların müalicəsi metodlarına, xəstələrin reabilitasiyası məsələlərinə toxunulub.
Dərs vəsaitində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun, Nazirlər Kabinetinin həmin qanuna dair qəbul etdiyi Qərarın mətnləri və digər hüquqi-normativ aktlar da təqdim edilib.
Вернуться назад