Səhiyyə Nazirliyinin mütəxəssisləri Salonikidə beynəlxalq tədbirdə iştirak ediblər
14-02-2017, 13:12. Разместил: heqiqet
Avropa İttifaqının tədqiqatlar və innovasiyalar üzrə “Horizont - 2020” proqramının, Dünya Səhiyyə Təşkilatının Avropa regional ofisinin və İtaliya İctimai Səhiyyə İnstitutunun dəstəyi ilə Aristotel Universiteti (Saloniki) tərəfindən təşkil edilən tədbirə 40-dan çox Avropa ölkəsindən ətraf mühitin və sağlamlığın mühafizəsi sahəsində mütəxəssislər dəvət olunublar.
Tədbirdə əsasən ətraf mühitin mühafizəsi və ekoloji sağlamlıq məsələləri müzakirə edilib. Çıxış edənlər bildiriblər ki, insanların sağlamlığına və ətraf mühitə təhlükə yaradan əsas amil keçmişdə olduğu kimi, müasir dövrdə də sənaye istehsalıdır.
Səhiyyə Nazirliyinin mütəxəssisləri qeyd ediblər ki, ətraf mühitin və sağlamlığın mühafizəsi məsələləri 100 ildən çox quruda və dənizdə neft və qaz çıxaran Azərbaycanın ictimai səhiyyə sistemi üçün də çox böyük əhəmiyyət kəsb edir.
Konfransda ictimai səhiyyənin mühafizəsi, risklərin ölçülməsi, sağlamlığa təsirin qiymətləndirilməsi, ətraf mühitdə təhlükəli və zəhərli maddələrin yayılması, bu maddələrin sağlamlığa təsirinin azaldılması və aradan qaldırılması, biometrik monitorinqin aparılması və digər mühüm məsələlər nəzərdən keçirilib.
Вернуться назад