61 kimsəsiz şəxs küçədən götürülərək xəstəxanalara yerləşdirilib
17-02-2017, 14:50. Разместил: heqiqet
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, onlar 6, 7, 18, 19, 26 nömrəli Birləşmiş Şəhər xəstəxanalarından birinə çatdırılıb. Kimsəsizlərdən 54-ü kişi, 7-si isə qadın olub.
Baş həkim qeyd edib ki, ötən gündən müşahidə olunan qarlı və şaxtalı havada 3 kimsəsiz şəxs-“bomj”lar küçələrdən götürülərək 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb.
Qeyd edək ki, kimsəsiz şəxslərin xəstəxanalara yerləşdirilməsi prosesinə səhiyyə nazirinin əmri ilə ötən ildən başlanılıb. 2016-cı ildə ümumilikdə 400-ə yaxın kimsəsiz şəxs təcili yardım tərəfindən götürülərək xəstəxanaya yerləşdirilib.
Вернуться назад