Nazirdən tapşırıq: Neqativ hallar barədə şikayətlər daha ciddi araşdırılsın
20-02-2017, 13:54. Разместил: heqiqet
Əmrdə Səhiyyə Nazirliyinin idarə və müəssisələrin rəhbərlərinə imtiyazlı əhali qruplarına və dövlət (tədbirlər) proqramları çərçivəsində verilməsi nəzərdə tutulan dərmanların buraxılması üzərində ciddi nəzarətin təmin edilməsi, tibbi fəaliyyətin bütün sahələrində şəffaflığın artırılması, səhiyyə müəssisələrinə ayrılmış büdcə vəsaitinin təyinatı üzrə xərclənməsi, qanunvericiliyə uyğun olaraq dərman preparatlarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi, tibbi kadrların işə qəbulu və diplomdan sonrakı hazırlığı məsələlərin həyata keçirilməsində şəffaflığın daha da artırılması üçün tədbirlərin görülməsi tapşırılıb.
Əmrdə Səhiyyə Nazirliyinin səlahiyyətli şöbə və sektor rəhbərlərinə tibbi xidmətin göstərilməsi ilə əlaqədar əhalidən neqativ hallar barədə daxil olan şikayətlərin daha ciddi araşdırılması tapşırılıb.
Əmrin müzakirəsi, icra mexanizminin hazırlanması məqsədi ilə Səhiyyə Nazirliyində müvafiq şöbələrin rəhbərlərinin iştirakı ilə iclas keçirilmişdir. Tədbirdə əmrin zəruriliyinə toxunulmuş, zəruri addımların atılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi üçün müzakirələr aparılmış, qərarlar qəbul edilmişdir.
Вернуться назад