DataLife Engine > siyaset > Qriqori Trofimçuk: Azərbaycan Rusiya üçün əməkdaşlığın bütün sahələrində vacibdir

Qriqori Trofimçuk: Azərbaycan Rusiya üçün əməkdaşlığın bütün sahələrində vacibdir


3-04-2017, 14:18. Разместил: heqiqet Qriqori Trofimçuk: Azərbaycan Rusiya üçün əməkdaşlığın bütün sahələrində vacibdir Yaxşı olardı ki, ötən illər gələcək Azərbaycan-Rusiya münasibətləri üçün möhkəm fundament olsun.
Bunu Bakıda keçirilən “Rusiya-Azərbaycan: diplomatik münasibətlərin 25 ili. Tərəfdaşlıq strategiyası” mövzusunda Dəyirmi masada “Avrasiya ideyaları emalatxanası” Elmi tədqiqatlara dəstək Fondunun Eskpert Şurasının sədri Qriqori Trofimçuk deyib.
O, Azərbaycanın Rusiya üçün bütün sahələrdə - iqtisadi, hərbi-siyasi, humanitar və strateji sahələrdə həm regional, həm də beynəlxalq səviyyədə çox vacib olduğunu deyib.
Onun sözlərinə görə, Bakı Moskvanın regional tərəfdaşı olmaqdan daha çox qlobal tərəfdaşıdır: "Moskva Bakıdan xüsusən də, konfessiyalar sahəsində bəzi şeylər öyrənə bilər. Rusiya Azərbaycanın türk dünyasının əsas fiqurlarından biri kimi əhəmiyyətini başa düşməlidir. Rusiyaya Azərbaycanın nümunəsində türk dünyası ilə daha sıx əlaqənin yaradılması məsələsini tədqiq etmək lazımdır”.
Q.Trofimçukun fikrincə, yaxın illər asan olmayacaq, çünki postsovet məkanında həll olunmamış problemlərin mövcudluğunu nəzərə alaraq, bu gün Cənubi Qafqaz regionunun destabilizasiyası təhlükəsi mövcuddur.
Вернуться назад