ÜAK-ın ləğvi qərarı Moskva-Bakı münasibətlərinə təsir göstərməyəcək
17-05-2017, 14:05. Разместил: heqiqet
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinə mühüm təsir göstərməməlidir.Bunu Trend-ə beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib.
Onun sözlərinə görə, təşkilatın bağlanması siyasi deyil, hüquqi müstəvidə dayanan bir məsələ olub:
“Ona görə, hesab etmək olar ki, heç bir maneə olmadan diasporun maraqlarını müdafiə edən digər təşkilat yaradıla bilər”.
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.
Вернуться назад