Səfir: Fransanın yeni Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi sülh yoludur
2-06-2017, 17:01. Разместил: heqiqet
Bunu Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bildirib.
Diplomat deyib ki, Emmanuel Makron Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin zəngin olduğunu anlayır.
Səfir qeyd edib ki, Fransa Prezidenti Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlıdır:
"O, münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək. Güman edirəm ki, onun mövqeyi də bu problemin sülh yolu ilə həll olunmasına yönələcək. Bu məsələdə ATƏT-in Minsk qrupunun rolunu da vurğulayıram. Əsas prioritet problemin sülh yolu ilə həllini tapmasıdır".
Вернуться назад