DataLife Engine > siyaset > Oksana Altunyan erməniləri və azərbaycanlıları Sülh Platformasına qoşulmağa çağırıb

Oksana Altunyan erməniləri və azərbaycanlıları Sülh Platformasına qoşulmağa çağırıb


5-06-2017, 14:32. Разместил: heqiqet Oksana Altunyan erməniləri və azərbaycanlıları Sülh Platformasına qoşulmağa çağırıb Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulan Oksana Altunyan iki xalq arasında sülh istəyən hər kəsi Sülh Platformasına qoşulmağa çağırıb.
Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, O. Altunyan Sülh Platformasının həmkoordinatoru Orxan Nəbiyevlə videomüsahibədə fikirlərini ictimaiyyətlə bölüşmək qərarına gəlib.
Videomüsahibə zamanı O. Altunyan Bakıda yaşadığı müddətdə heç zaman heç bir sıxıntı və ya etnik-milli ayrıseçkiliklə qarşılaşmadığını, xalqlar arasında daim mehribançılıq və qarşılıqlı hörmət olduğunu vurğulayıb. Həmçinin, müsahib Sülh Platformasının fəaliyyətini dəstəklədiyini və sülh içində yaşamaq istəyən hər kəsi bu platformaya qoşulmağa çağırdığını bildirib.

Oksana Altunyan erməniləri və azərbaycanlıları Sülh Platformasına qoşulmağa çağırıb


Вернуться назад