Vaşinqton meri ABŞ Konqresində Azərbaycan və Gürcüstanla bağlı keçirilmiş tədbirin əhəmiyyətini vurğulayıb
20-06-2017, 10:56. Разместил: heqiqet
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, məktubda bildirilir ki, Azərbaycan və Gürcüstanın müstəqilliyinin 25-ci ildönümünə təsadüf edən bu tədbir qadın sahibkarları bir araya toplamaqla onların cəmiyyətdəki rolu və töhfəsini nümayiş etdirir.
Vaşinqton meri sənəddə USACC-nin qadınların cəmiyyətimizdə və dünyada əldə etdikləri nailiyyətlərinin təşviqi sahəsindəki fəaliyyətini alqışlayıb və tədbirlə bağlı uğurlar arzulayıb.
Qeyd edək ki, tədbir barədə təşəbbüs ötən ilin sentyabrında ABŞ ticarət missiyasının tərkibində Azərbaycan və Gürcüstana səfər etmiş bir qrup qadın sahibkar tərəfindən irəli sürülmüş, ABŞ ticarət nazirliyi və Vaşinqtonun kiçik və yerli biznes inkişafı departamenti tərəfindən dəstəklənmişdir. Həmçinin, tədbirin təşkili ilə bağlı ABŞ Konqresinin bir sıra qadın üzvləri, o cümlədən Şeyla Cekson Li və Brenda Lorens öz dəstəyini ifadə etmişlər.
Tədbirdə Azərbaycan və Gürcüstanın sosial-iqtisadi inkişafında qadınların rolundan danışılmış, qadın hüquqlarının qorunması və gender bərabərliyi sahəsində aparılmış islahat və əldə edilmiş nailiyyətlər haqqında məlumat verilmişdir.
Вернуться назад