Ziyafət Əsgərov: Bəziləri məhkəmə sistemimizə kölgə salmaq üçün Azərbaycanla bağlı qərarların sayının çox olduğunu bildirir
30-06-2017, 12:50. Разместил: heqiqet
Bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bu gün Milli Məclisin növbədənkənar iclasında deyib.
Onun sözlərinə görə, AİHM-in rəsmi statistikalarına baxdıqda aydın görmək olar ki, Avropa ölkələri ilə bağlı qəbul edilən qərarların sayı Azərbaycanla əlaqədar qəbul edilən qərarların sayından çoxdur.
Z.Əsgərovun sözlərinə görə, AHİM-in rəsmi statistikasında 2016-cı ildə Azərbaycanla bağlı 16 qərar qəbul olunduğu qeyd edilir, lakin bəzi Avropa ölkələri ilə bağlı qərarların sayı 40-dan çoxdur.
Birinci vitse-spiker əlavə edib ki, Azərbaycanda məhkəmə sistemində islahatlar uğurla davam etdirilir.
Вернуться назад