Azərbaycan hərbi dənizçiləri "Dəniz kuboku - 2017"nin qalibi olub
10-08-2017, 11:00. Разместил: heqiqet
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi dənizçilər “Dəniz hazırlığı” üzrə yarışlarda gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra ediblər.
Beynəlxalq hakimlər briqadasının yekdil qərarı ilə tapşırığı 14 dəqiqə 26 saniyəyə yerinə yetirən Azərbaycan hərbi dənizçiləri epizodun qalibi elan edilib.
İkinci yerə İran, üçüncü yerə Qazaxıstan və dördüncü yerə Rusiya hərbi dənizçiləri layiq görülüb.
Вернуться назад