İran XİN: Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitində regional və beynəlxalq məsələlər müzakirə ediləcək
11-09-2017, 13:15. Разместил: heqiqet
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında APA-nın sualının cavabında bildirib. B. Qasimi deyib ki, İranla Azərbaycan, İranla Rusiya və Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafına diqqət artırılacaq: “Görüşdə Ölkələrin bir-birinə daha yaxın olan sahələrdə əməkdaşlıq prespiktivləri müzakirə olunacaq. Toplantıda üç ölkə prezidentinin regional və beynəlxalq məsələləri də müzakirə edəcəyi gözlənilir”.
XİN sözçüsü toplantının tarixini açıqlamayıb.
Вернуться назад