DataLife Engine > siyaset > Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir

Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir


19-09-2017, 12:50. Разместил: heqiqet Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir Bu gün Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Süheyl Amanın Azərbaycana səfəri başlayır.
Pakistanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumatına görə, səfər çərçivəsində tərəflər Bakı və İslamabad arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Səfər zamanı iki ölkə arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi də aparılacaq.
Pakistanlı komandanın səfəri sentyabrın 22-dək davam edəcək.
Вернуться назад