Lavrov noyabrın 19-da Azərbaycana gəlir
17-11-2017, 16:18. Разместил: heqiqet
Azərbaycan XİN-dən verilən məlumata görə, S.Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək.
Qonşu və dost ölkələr olan Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır.
E.Məmmədyarov aprelin 28-də Rusiyada işgüzar səfərdə olub.
Вернуться назад