Bahar Muradova: Azərbaycan qanunlarında hüquqların bərabərliyi əsas götürülüb
8-12-2017, 10:56. Разместил: heqiqet
Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan "Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda qəbul olunan qanunlarda hüquqların bərabərliyi əsas götürülüb: "Ölkədə dini etiqad azadlığı qorunur".
B.Muradova qeyd edib ki, ictimai-siyasi sifarişləri nəzərə almaqla qanunlarda dəyişikliklər edilir.
O deyib ki, 15 il ərzində Azərbaycanda Ombudsman İnstitutu özünü möhkəmlədib.
Вернуться назад