DataLife Engine > siyaset > Seçicinin səsvermə məntəqəsinin girişində yoxlanması qaydası ləğv edilir

Seçicinin səsvermə məntəqəsinin girişində yoxlanması qaydası ləğv edilir


13-12-2017, 12:34. Разместил: heqiqet Seçicinin səsvermə məntəqəsinin girişində yoxlanması qaydası ləğv edilir Azərbaycanda seçkilər zamanı seçki məntəqəsinin girişində seçicinin şəxsiyyətinin müəyyənləşdirilməsi və sənədlərinin yoxlanması qaydası ləğv edilir.
Bununla bağlı Seçki Məcəlləsinin 104-cü (Səsvermə qaydası) maddəsinin 7-ci bəndi ləğv olunur.
Hazırda qüvvədə olan bənd belədir: "Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır".
Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Вернуться назад