DataLife Engine > siyaset > Elmar Məmmədyarovun həmsədrlər və erməni həmkarı ilə görüşünün vaxtı dəqiqləşdi

Elmar Məmmədyarovun həmsədrlər və erməni həmkarı ilə görüşünün vaxtı dəqiqləşdi


16-01-2018, 15:35. Разместил: heqiqet Elmar Məmmədyarovun həmsədrlər və erməni həmkarı ilə görüşünün vaxtı dəqiqləşdi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və erməni həmkarı ilə görüşünün vaxtı dəqiqləşdi.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 18-də E.Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şefer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.
Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.
Вернуться назад