XİN: Amerika erməni milli komitəsinin sifarişi ilə irəli sürülən qətnamə Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini təhrif edir
19-01-2018, 15:24. Разместил: heqiqet
Bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN rəsmisi deyib ki, sözügedən əsassız qətnamə təşəbbüsü ilə çıxış edərək konqresmen Frank Pallone Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkəmizin ərazilərinin işğalı və bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı etnik təmizləməni, aqressiv separatizmi və ədalətsizliyi dəstəkləyir: "Göründüyü kimi, F.Pallone seçkilərdə ABŞ erməni lobbisinin maliyyə və seçici dəstəyini qazanmaq üçün bu addıma əl atır. O, ABŞ vətəndaşlarını müharibə zonası olan işğal olunmuş ərazilərə səfərə və kriminal-terrorçu rejimlə əlaqəyə çağırmaqla, ABŞ vətəndaşlarının həyatını təhlükə altına qoyur".
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən təqdim olunan səyahət xəbərdarlığında ABŞ vətəndaşlarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərə səfər etməmək barədə ciddi çağırış edilir.
Вернуться назад