DataLife Engine > siyaset > Şahid: "Arif Yunusun Ermənistanın keçmiş təhlükəsizlik naziri ilə sıx münasibətləri olduğunu gördüm"

Şahid: "Arif Yunusun Ermənistanın keçmiş təhlükəsizlik naziri ilə sıx münasibətləri olduğunu gördüm"


4-08-2015, 13:56. Разместил: heqiqet Şahid: "Arif Yunusun Ermənistanın keçmiş təhlükəsizlik naziri ilə sıx münasibətləri olduğunu gördüm" Bu gün hakim Əfqan Hacıyevin sədrliyi ilə "Sülh və Demokratiya İnstitutu" adlı qurumun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Şahid qismində ilk olaraq jurnalist Anna Daqidaşvili ifadə verib.
O, ifadəsində qeyd edib ki, Tbilisidə konfransda olarkən Ermənistandan olan Laura adlı jurnalist ona yaxınlaşaraq L.Yunusla jurnalist kimi əməkdaşlıq etməyi təklif edib: “Dedi ki, Leyla Yunusun əlaqə nömrələrini mənə verə bilər. Sonradan Azərbaycana qayıtdıqdan sonra Leyla Yunus mənə zəng etdi ki, gəl, əməkdaşlıq edək. Mənim işim müsahibələr təşkil etməkdən ibarət idi. Buna görə mənə ayda 100-120 manat pul verirdi. Bəzən xaricdə olduğuna görə pulun verilməsi gecikirdi. Mənim VÖEN-im yox idi. Aldığım əməkhaqqını Leyla Yunusun verdiyi qəbzə qol çəkərək qəbul edirdim. Bir dəfə Leyla Yunus mənim üstümə qışqırdı və işimdən razı olmadığını bildirdi. Sonradan bizim əməkdaşlığımız dayandı”.
Daha sonra 19 il jurnalist kimi fəaliyyət göstərən Əkbər Həsənov ifadə verib. O, bir jurnalist olaraq, A.Yunus və L.Yunusu tanıdığını bildirib.
Ə.Həsənov qeyd edib ki, 2006-cı ildə A.Yunus ona Ermənistana getməyi təklif edib: “Mən Qarabağdan yazdığım üçün Ermənistandakı vəziyyət məni maraqlandırırdı. Ona görə də Arif Yunusun təklifini qəbul etdim və onlarla birgə Ermənistana getdim. Ermənistanda olarkən Arif Yunusun Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryanla sıx münasibətlərinin olmasının şahidi oldum”.




Вернуться назад