Müdafiə naziri Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
4-10-2018, 13:39. Разместил: heqiqet
Müdafiə Nazirliyindən verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Gürcüstan əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və digər məsələlər müzakirə olunub.
Вернуться назад