Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
13-02-2019, 11:45. Разместил: heqiqet
Müdafiə Nazirliyindən verilən məlumata görə, başsağlığında bildirilir: “Qardaş Türkiyə Respublikasının İstanbul şəhərinin Çəkməköy səmtində hərbi helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin”.
Вернуться назад