DataLife Engine > siyaset > Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar ilə Fransanın bəzi strukturları arasında əməkdaşlığın qadağan edilməsinə dair göstəriş imzalanıb

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar ilə Fransanın bəzi strukturları arasında əməkdaşlığın qadağan edilməsinə dair göstəriş imzalanıb


25-08-2015, 12:47. Разместил: heqiqet Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar ilə Fransanın bəzi strukturları arasında əməkdaşlığın qadağan edilməsinə dair göstəriş imzalanıb Azərbaycanın Fransadakı səfirliyi cari ilin mayında bu ölkənin bir neçə şəhəri ilə qondarma “Dağlıq Qarabağ respublikası” arasında “dostluq və qardaşlaşma xartiyaları”nın imzalanmasına dərhal reaksiya verərək həmin istiqamətdə müəyyən tədbirlərin görülməsi ilə bağlı rəsmi orqanlara müraciət edib.
Heqiqet.az AzerTAc-a istinadən xəbər verir ki, səfirliyin müraciətinə əsasən, Fransanın xarici işlər və beynəlxalq inkişaf, eləcə də daxili işlər nazirləri Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ regionunda və ətraf rayonlarda yerləşən şəhər və kəndlərlə Fransa Respublikasının regionları, vilayətləri, şəhərləri və kəndləri arasında hər hansı əməkdaşlığın qadağan edilməsinə dair birgə göstəriş (təmimnamə) imzalayıblar.
Fransanın bir sıra regionlarının və vilayətlərinin prefektləri həmin təmimnaməni məsul olduqları ərazidəki şəhər və kəndlərin merlərinə göndərərək onları bu sənədin tələblərinə riayət etməyə çağırıblar.
Təmimnamə Fransanın bir neçə rəsmi saytlarında yerləşdirilib.
Azərbaycanın Fransadakı səfirliyi ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf bölgələri ilə erməni diasporunun yaşadığı Fransa regionları, vilayətləri, şəhərləri və kəndləri arasında indiyədək qurulmuş bütün qeyri-qanuni əməkdaşlığın dayandırılması istiqamətində səyləri davam etdirir.

Вернуться назад