DataLife Engine > siyaset > Kral Salman Azərbaycan Prezidentini təbrik edib

Kral Salman Azərbaycan Prezidentini təbrik edib


20-05-2019, 18:10. Разместил: heqiqet Kral Salman Azərbaycan Prezidentini təbrik edib İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir: "Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm".
Вернуться назад