DataLife Engine > siyaset > Müdafiə naziri Moskvaya getdi

Müdafiə naziri Moskvaya getdi


2-08-2019, 20:58. Разместил: heqiqet Müdafiə naziri Moskvaya getdi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 2-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə yola düşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Müdafiə naziri avqustun 3-də “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının açılış mərasimində iştirak edəcək və “Tank biatlonu” müsabiqəsində yarışan Azərbaycan tankçılarının birinci mərhələdə çıxışını izləyəcək.
Вернуться назад