DataLife Engine > siyaset > Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmirini təbrik edib

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmirini təbrik edib


24-02-2020, 17:32. Разместил: heqiqet Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmirini təbrik edib Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik ünvanlayıb:
"Əlahəzrət,
Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost Küveyt xalqına ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Əminəm ki, Azərbaycan-Küveyt münasibətlərinin inkişafı bundan sonra da xalqlarımız arasındakı dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daim sülh və rifah diləyirəm”.
Вернуться назад