DataLife Engine > siyaset > Erməni diversant: Azərbaycanda qalmaq və bilik-bacarıqlarımla bu dövlətə xidmət etmək niyyətindəyəm

Erməni diversant: Azərbaycanda qalmaq və bilik-bacarıqlarımla bu dövlətə xidmət etmək niyyətindəyəm


26-08-2020, 13:48. Разместил: heqiqet Erməni diversant: Azərbaycanda qalmaq və bilik-bacarıqlarımla bu dövlətə xidmət etmək niyyətindəyəm "Ermənistan silahlı qüvvələrinin zabiti olaraq mən Azərbaycanın işğal altında olan ərazilərində xidmətimi davam etdirmək istəməmişəm”.
Bunu avqustun 23-də Goranboy rayonu istiqamətində təxribata cəhd edərkən saxlanılan Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri Qurgen Alaverdyan videomüraciətində deyib.
"Lakin hərbi qulluqçu kimi məcburiyyət qarşısında bu ərazidə xidmətə cəlb edilmişəm. Törətdiyim əmələ görə peşmançılıq hissi keçirməklə yanaşı, mənim kimi Ermənistan Silahlı Qüvvələri tərkibində xidmət edən bir çox hərbi qulluqçuların məcburi olaraq Azərbaycanın işğal edilmiş ərazilərində xidmətə göndərildiyini bildirmək istəyirəm”,-deyə o bildirib.
Erməni diversant qeyd edib ki, saxlanıldıqdan sonra təsəvvürlərinin tam əksinə olaraq ona qarşı heç bir qeyri-insani davranış, işgəncə, təzyiq olunmayıb: "Eyni zamanda qidalanmağım və saxlanma şəraitimlə bağlı heç bir şikayətim yoxdur. Mən Azərbaycan Respublikasında qalmaq istəyirəm və bilik-bacarıqlarımla bu dövlətə xidmət etmək niyyətindəyəm. Mən həmçinin başa düşdüm ki, erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur”.

Вернуться назад