İranın Bakıdakı səfirliyi ermənilərin mülki obyektlərə, vətəndaşlara qarşı hücumlarını sərt şəkildə qınadı
4-10-2020, 06:12. Разместил: heqiqet
İran səfirliyindən verilən məlumata görə, bununla bağlı İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, İnsan hüquqları və humanist Beynəlxalq hüquqa riayətin zəruriliyini vurğulayaraq, Cenevrə Konvensiyası (1949), ona əlavə olunmuş protokollar (1977) da daxil olmaqla silahlı qarşıdurmanı tənzimləyən norma, prinsip və beynəlxalq qaydaları nəzərə çatdırır:
"Xüsusilə mülki əhalinin himayəsinə dair IV Cenevrə Konvensiyası, günahsız insanların hüquqlarının hər növ pozulması və mülki şəxslərin öldürülməsi, yaralanması, mülki binaların və obyektlərin dağıdılaraq ziyan vurulmasını qətiyyətlə pisləyir.
Sonda həyatını itirən şəxslərin yaxınlarına baş sağlığı verir, yaralananlara Allahdan şəfa diləyirik".
Вернуться назад