Hərbi qulluqçular bu tarixlərdə tərxis ediləcək - SƏRƏNCAM
25-12-2020, 09:29. Разместил: heqiqet
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək.
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bu Sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi olaraq məlumatlandıracaq. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Вернуться назад