DataLife Engine > siyaset > Milli Şura mitinq keçirməyəcək

Milli Şura mitinq keçirməyəcək


13-05-2015, 18:35. Разместил: heqiqet Milli Şura mitinq keçirməyəcək
Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mayın 16-da mitinq keçirməklə bağlı təklifi qəbul etməyib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, bu barədə qərar bu gün Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısında verilib.
Onun sözlərinə görə, Milli Şura BŞİH-i məhkəməyə verəcək. F. Qəhrəmanlı növbəti aksiya ilə bağlı BŞİH-ə yenidən müraciət edəcəklərini vurğulayıb.
Xatırladaq ki, Milli Şura mayın 17-də mitinq keçirmək üçün BŞİH-ə müraciət edib. BŞİH isə aksiyanın mayın 16-da keçirilməsini məqsədəuyğun hesab edib.
Вернуться назад