DataLife Engine > siyaset / gundem > 20 ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar dövlət başçısının xalqa olan qayğısının təcəssümüdür

20 ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar dövlət başçısının xalqa olan qayğısının təcəssümüdür


20-10-2023, 21:37. Разместил: heqiqet Şanlı bayrağımız xalqımızın qürur və qəhrəmanlıq simvolu kimi Xankəndi ilə yanaşı Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda dalğalanır. Bununla da Ali Baş Komandan sübut etdi ki, Azərbaycan xalqı yenilməz və qəhrəman xalqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərinə səfərində separatçıların "prezident sarayı" kimi istifadə etdiyi binaya baxış keçirdiyi zaman "böyük Ermənistan xəritəsi"nə rast gələrkən dediyi sözlər isə Ermənistanın əsl simasını, xislətini göstərdi.
20 ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan bu qədər fərman və sərəncamlar dövlət başçısının xalqa olan qayğısının təcəssümüdür. Ali dövlət vəzifəsində nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən siyasəti ilə vədinə sadiq qalan lider hər bir azərbaycanlının ən kiçik probleminə belə böyük həssaslıqla yanaşdı. Bununla da, təkcə ölkəsini deyil, həm də sadə vətəndaşlarını ucaltdı. Və bu ucalıq İlham Əliyevə xalqını düşünən lider statusunu qazandırdı. Prezident İlham Əliyev qarşıya qoyulan bütün hədəflərə çatmaq üçün ilk növbədə xalqa arxalandı. "Ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır", - deyə xalqın taleyini öz taleyinə çevirdi.
Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti həm də xalqla təmasda olmaq, problem və təklifləri onların öz dilindən eşitmək və yerindəcə həll etmək prinsipi üzərində qurulub. Dövlət başçısı hər bir müraciətin arxasında insan amilinin dayandığını, onu narahat edən məsələlərin həllini tapmasının vacibliyini vurğulayır. Onun həyata keçirdiyi inkişaf konsepsiyası hər bir azərbaycanlının həyatına müsbət təsir göstərir. Məhz buna görə də xalq ölkənin tərəqqisini İlham Əliyev kimi etibarlı, nüfuzlu liderin rəhbərliyində görür. 20 il ərzində imzalanan fərman və sərəncamlar xalqın güzəranının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına böyük töhfə verib.
İşğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması da prezident-xalq birliyinin nümayişinə çevrilib. Dövlət başçısı 30 ildir torpaq həsrəti çəkən soydaşlarımızı öz yurdlarına qaytarır. Artıq bu torpaqlarda yeni ocaqlar közərəcək, körpə fidanlar böyüyəcək. Bu baxımdan, əldə olunan qələbə 100 minlərlə uşağın adının qarşısından məcburi köçkün ifadəsini silib atdı. Vətəni qorumaq arzusu qələbəmizin böyütdüyü uşaqların da ən böyük arzusuna çevrilib. Hərbçi, polis, həkim, prezident olmaq istəyən uşaqlar məğrurluqla öz prezidentlərinə arxalanır. Bilirlər ki, onların güclü prezidenti, müdrik lideri var. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin tarixi xidmətləri sayəsində Azərbaycan dövləti də, cəmiyyəti də müasir dünya reallığının bir parçasına çevrilib və bu reallığın təməlində müstəqil Azərbaycanın milli maraqları, xalqın iradəsi ən yüksək mərhələdə dayanır. Qarabağ münaqişəsinin həll olunması ilə birlikdə artıq xaricdə yaşayan hər bir soydaşımız qürurla "mən azərbaycanlıyam" deyə bilir.
Bir zamanlar düşmən tapdağında inləyən torpaqlarımıza sarı boylananda üzümüzü həsrət, qüssə qarsıyırdısa, bu gün yurda tərəf baxan baxışlarımızı uca, şanlı bayrağımız sığallayır. Uca dağlar başında dalğalanan Azərbaycan bayrağının altında hər bir Vətən oğlu özünü güvənli, qürurlu hiss edir. Qismətimizə yazılan ümummili xoşbəxtliyimiz bütün sevinclərin, xəyalların fövqündə dayanır. Yeni tarix, yeni reallıq yaşayırıq. Artıq biz Zəfər günlərini təkcə paytaxt Bakıda deyil, həm də azad Qarabağda qeyd edəcəyik.
Prezident İlham Əliyev Qarabağı azad etməklə xalqa özünün ən ali təşəkkürünü bildirdi. Xalq öz liderinə güvəndi, lider xalqını dünyaya tanıtdı. Ulu Öndər Heydər Əliyevin xalqa olan sevgisini İlham Əliyev göylərə qaldırdı.


Mehdiyeva Nərmin Rövşən qızı,
ADPU-nun Filologiya fakultəsinin
Müasir Azərbaycan dili kafedrasının müəllimi

20.10.2023
Вернуться назад