DataLife Engine > siyaset / gundem > YENİ DÜNYA FORMATINA DOĞRU

YENİ DÜNYA FORMATINA DOĞRU


Bu gün, 12:24. Разместил: heqiqet

Beynəlxalq münasibətlərin ən strateji elementi inteqrativ proseslərdir. Zamanın çağırışlarına tam cavab vermək, daha yaxşı gələcəyi qurmaq üçün, inkişafa tərəqqiyə gedən yolda güc birlikdədir fenomenini əsas götürərək inteqrativ proseslərin 1 nömrəli vasitə olduğu qənaətinə gəlirik.
İnteqrativ proseslər dövlətləri biri-birinə bağlayır. Bərabərhüquqlu qarşılıqlı mübadilə qarşılıqlı fayda gətirir, sosial-iqtisadi, elmi-texniki, humanitar-mədəniyyət sahələrinin inkişafını stimullaşdırır.
İnteqrasiya müxtəlif formalarda: ontoloji əlamətlərə görə, coğrafi yerləşməyə görə, dini nöqteyi-nəzərdən inkişaf səviyyəsi nəzərə alınmaqla həyata keçirilə bilər.
Ontoloji əlamətlərə görə inteqrasiya kök nəzərə alınmaqla olan inteqrasiyadır. Belə inteqrasiya asan baş versə də  arxaik, keçmişə əsaslanan formadır. Milli, etnik ayrı-seçkilik yaradır, multikultural dəyərləri nəzərə almır.
Dini nöqteyi-nəzərdən inteqrasiya həmçinin dini ayrı-seçkiliyə rəvac verir.
Ən yaxşı inteqrasiya forması coğrafi yerləşməyə görə olan inteqrasiyadır.
Yaxın qonşu uzaq qohumdan yaxşıdır. Coğrafi yerləşməyə görə inteqrasiya 3 qrupa bölünür: 1. Regional inteqrasiya; 2. Regionlar arası inteqrasiya; 3. Qlobal inteqrasiya.
Regional inteqrasiya region dövlətlərini əhatə edir. Regionlar arası inteqrasiya müxtəlif regionlara aid subyektləri birləşdirir. Qlobal inteqrasiya bütövlükdə Yer kürəsini əhatə edir.
İnteqrativ proseslər tarixin hərəkətverici lokomotivi olub dünya xalqlarını biri-birinə yaxınlaşdırır, mədəniyyətlər arası dialoqa təmin edir, multikulturalizmin təməlini qoyur, beynəlxalq sülhün tənzimlənməsində əvəzsiz rol oynayır. Bəs inteqrasiya hansı yollarla həyata keçirilir:
Kommunikasiyaların açılması, enerji daşıyıcılarının nəqli, birgə müəssisələrin yaradılması, qarşılıqlı kapital qoyuluşu, vizasız gəliş-gedişin təmin olunması, mədəniyyət günlərinin, kino festivalların, müasir incəsənət sərgilərinin keçirilməsi, dövlətlər arası biznes formuların keçirilməsi, elmi-texniki, humanitar sahələr üzrə konfrans, simpozium, seminarların keçirilməsi və sairə.
Tərəqqinin, intibahınmühüm tərkib hissələrindən biri olan inteqrativ proseslər Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin xarici siyasətində önəmli yer tutur. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, illik nəqletmə qabiliyyəti 50 milyon tondan artıq olan Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbayanda, həmçinin Orta Asiya respublikalarında istehsal olunan nefti Türkiyənin Ceyhan limaına çızarılır, oradan istənilən istiqamətə yönəldilir. Bu gün Şahdəniz və digər qaz yataqlarından çıxarılan qaz Cənubi Qafqaz, TANAP və TAP boru kəmərləri ilə Avropanın 16 ölkəsinə çatdırılır. Yaşıl enerji zonası elan edilmiş Qarabağ və onun ətrafında olan rayonlardan, həmçinin Azərbaycın Naxçıvan Muxtar respublikasından yaşıl enerjinin Qara dənizin dibi ilə Avropa dövlətlərinə nəqli layihələndirmə mərhələsindədir. Orta dəhlizin mühüm hissəsi olan Zəngəzur dəhlizinin açılması protokolu 08 avqust 2025-ci ildə Vaşinqtonda Ağ evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanmışdır.
Keyfiyyət xarakterli inteqrasiyalar da mövcuddur. Məsələn sülh və təhlükəsizlik naminə inteqrasiya II dünya müharibəsindən sonra beynəlxalq aləmdə dövlətlər arası münasibətləri tənzimləmək, sülhü və təhlükəsizliyi qorumaq üçün 24 oktyabr 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatı yaradılmışdır. 15 üzv dövləti 5 daimi ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, 10 qeyri-daimi nizamnaməyə  əsasən hər 2 ildən bir ABŞ Assambleya tərəfindən seçilən dövlətlərdən ibarət Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizlik üçün birbaşa məsuliyyət daşıyır. BMT-nin hal-hazırda böhran keçirməsi hamı tərəfindən birmənalı qəbul olunur. Təhlükəsizlik Şurasının 2 daimi üzvü Rusiya və ABŞ müharibə vəziyyətindədir. Rusiya-Ukraina müharibəsi 4 ildən artıqdır ki, davam edir. Hər iki tərəfin ətrafında koalisiya yaranmaqdadır. Müharibənin sonu görünmür. ABŞ-İran müharibəsi mərhələli şəkildə davam edir. Yaxın Şərq İsrail-Fələstin münaqişəsinin 07 oktyabr 2025-ci ildə yenidən başlaması ilə əlaqədar “barıt çəlləyi”ni xatırladır. Münaqişə Suriya, Livan, Yəmən kimi dövlətləri də əhatə etmişdir. Təhlükəsizlik Şurasının çıxardığı qərar və qətnamələrin həyata keçirilmə mexanizmi mövcud deyil. Birləşmiş Millətlər Təşkilatında islahatların aparılması qaçılmazdır. İslahat ilk növbədə Təhlükəsizlik Şurasında aparılmalıdır. Qurumun adı, say tərkibi, prosedura qaydaları dəyişdirilməlidir.
Münaqişələr, müharibələr beynəlxalq hüququn pozulması ilə əlaqədar olduğundan şöbənin adının Beynəlxalq Hüququn Mühafizəsi Mərkəzi adlandırılması məqsədə uyğundur.
Say tərkibinə gəlincə Türkiyə respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın təbirincə desək dünya 5-dən böyükdür. Dövlətlərin beynəlxalq hüquqa görə ərabərhüquqlu olması, dini mənsubiyyəti, kontinental-coğrayi yerləşməsi, inkişaf səviyyəsi nəzərə alınmaqla 30-dan az olmamalıdır. Veto qoymaq hüququ ləğv edilməlidir. Dünyada sülhü və təhlükəsizliyi təmin etmək missiyasına sahib beynəlxalq təşkilat olmaq etibarı ilə BMT güclü hərbi kontingentə malik olmalıdır. Şəxsi heyyəti üzv 193 dövlətdən formalaşan hərbi kontingent BMT-nin çıxardığı qərar və qətnamələri həyata keçirmək üçün lazım gəldikdə münaqişə bölgələrinə göndərilir. NATO hərbi blokunun BMT-na transformasiyası, onun komandanlığı altına keçməsi vaxtı artıq çatmışdır. 32 dövləti hər hansı aqressiyadan qoruyan hərbi blok 193 ölkənin hər birin qorumaq üçün beynəlxalq status almalıdır.

Ardı var

 
Əliyev Məsum Kamal oğlu,
Kürdəmir rayon Karrar Ailə-Sağlamlıq 
Mərkəzinin bölmə müdiri

4 sentyabr 2026-cı il


Вернуться назад