Ədliyyə Nazirliyi Razi Nurullayevi məyus etdi
2-12-2015, 17:41. Разместил: heqiqet
Ədliyyə Nazirliyi Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bu ilin oktyabrın 18-də keçirilən qurultayı ilə bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün etdiyi müraciətini cavablandırıb.O bildirib ki, nazirlik bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə edib.
R.Nurullayev qeyd edib ki, qurultayla bağlı sənədlər 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə təqdim olunub.
Xatırladaq ki, Ədliyyə Nazirliyi Əli Kərimlinin AXCP-nin sentyabrın 27-də keçirilən qurultayı ilə bağlı da məhkəməyə müraciət edilməsinin məqsədəuyğun olduğunu tövsiyə etmişdi.
Qeyd edək ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna əsasən, hüquqi şəxslər, o cümlədən siyasi partiyalar sənədlərdə dəyişiklik olarsa, 40 gün müddətində müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməlidir.
Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də keçirilən etimad qurultayında R.Nurullayev sədr seçilib.
Вернуться назад