DataLife Engine > siyaset > Davudoğlu Bakıya 5 nazir gətirdi (YENİLƏNİB)

Davudoğlu Bakıya 5 nazir gətirdi (YENİLƏNİB)


3-12-2015, 14:24. Разместил: heqiqet Baş nazirin İlham Əliyev və Artur Rəsı-zadə ilə görüşlər keçirəcəyi gözlənilir.
Davudoğlu Bakıya 5 nazir gətirdi (YENİLƏNİB) Türkiyənin baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri başlayıb.
Heydər Əliyev Beynəlxalq Hava limanında baş nazirin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun qarşılayıblar.
Baş naziri səfərdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Xarici İşlər Nazirliyinin Aparat rəhbəri Firudin Sinirlioğlu, köməkçiləri Yalçın Akdoğan və Mehmet Şimşək, İqtisadiyyat naziri Mustafa Elitaş, enerji və təbii sərvətlər naziri Berat Albayrak, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Faruk Çelik, Mədəniyyət və Turizm naziri Mahir Ünal, Nəqliyyat, Dənizçilik naziri Binali Yıldırım müşayiət edir.
***11:33***
Bu gün Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana səfərə gəlir.
Türkiyənin Baş Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, baş nazir Azərbaycan prezidenti İlham Əliyevlə baş nazir Artur Rasizadə ilə görüşəcək.
Türkiyə rəsmisi yeni hökümət qurulduqdan sonra ilk səfərini Şimalı Kipr Türk Respublikasına edib. Davudoğlunun Azərbaycan səfəri yeni hökumətin ilk 100 günlük proqramına salınıb.
Məlumata görə, Əhməd Davudoğlunun Bakı səfərində Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq aləmdə baş verən hadisələr müzakirə olunacaq. Dekabrın 4-də Davutoğlu Azərbaycan Diplomatik Akademiyasında (ADA) müəllim və tələbələrinin qarşısında çıxış edəcək. Baş nazirin növbəti səfərinin İraqa olacağı gözlənilir. Rusiya və Türkiyə arasında qırıcı qalmaqalından sonra Türkiyə hökümətinin yüksək çinli məmuru Azərbaycana səfər edir. Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlı Bakıya səfər edir.
Təyyarə qalmaqalının davam etdiyi bir vaxtda baş tutan səfərlər dünya mətbuatının diqqət mərkəzindədir. Rusiya ekspertləri yeni hökumət formalaşdırıldıqdan sonra baş tutan səfərin əsas mövzularından birinin Türkiyə və Rusiya arasında baş verən mübahisənin olacağını bildirirlər. Həmçinin səfər zamanı Türkiyənin yük maşınlarının tranziti üçün müzakirələrin aparılacağı gözlənilir.
Davudoğlu baş nazir kimi Azərbaycana ilk səfərini ötən ilin sentyabr ayında edib.
Davudoğlu Bakıya 5 nazir gətirdi (YENİLƏNİB)
Davudoğlu Bakıda səfərdə olarkən - Sentyabr, 2014-cü il
Həmin vaxt Davudoğlunu həyat yoldaşı Sare Davudoğlu, baş nazirin müavini Yalçın Akdoğan, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, təhsil naziri Nabi Avcı və başqaları müşayiət edib. Səfər zamanı Davudğolu sadə vətəndaşlarla səmimi söhbəti edib və məsciddə namaz qılıb.
Вернуться назад