Milli Məclisin sabiq deputatları maaş ala bilmirlər - Spiker məzuniyyətdədir
18-01-2016, 11:07. Разместил: heqiqet
Milli Məclisin sabiq deputatları maaş ala bilmirlər. Parlamentin səlahiyyət müddəti bitmiş çağırışının təkrar seçilməyən üzvləri onlar üçün nəzərdə tutulan maaşı (deputat maaşının 80%-i) ala bilmirlər.Milli Məclisdən onlara bildirilib ki, spiker Oqtay Əsədov məzuniyyətdədir. Ona görə də maaşların verilməsi ləngiyir.
Məlumatı sabiq deputatların bir neçəsi musavat.com-a təsdiqləyib.
Qeyd edək ki, sabiq deputatlar sonuncu dəfə noyabr ayının 12-sinə qədər olan maaşları alıblar.
Вернуться назад