DataLife Engine > siyaset > Rusiya telekanalı Azərbaycan qarşı səhvini anladı

Rusiya telekanalı Azərbaycan qarşı səhvini anladı


1-02-2016, 11:38. Разместил: heqiqet Rusiya telekanalı Azərbaycan qarşı səhvini anladı Rusiya Müdafiə Nazirliyinin rəsmi “Zvezda” telekanalı Azərbaycan qarşı etdiyi təxribatı aradan qaldırıb.
Kanalın saytında gedən mətndə düzəliş edilib və "Dağlıq Qarabağ Respublikası" ifadəsi mətndən çıxarılıb.
Qeyd edək ki, TV Zvezda kanalı reportajlarından birində Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib. Telekanalın saytında yanvarın 28-də yerləşdirilmiş, Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş reportajda Ermənistan prezidenti Serj Sarkisyanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın “Erablur” hərbi panteonunu ziyarət etdiyi bildirilib, B. Saakyan "Artsax"ın - "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri kimi təqdim olunub.
Xatırladaq ki, “Zvezda” media qrupuna məxsus “Zvezda” kanalı RusiyaMüdafiə Nazirliyinin rəsmi telekanalıdır.

Вернуться назад