DataLife Engine > siyaset > Federika Mogerini Azərbaycana gəlir

Federika Mogerini Azərbaycana gəlir


29-02-2016, 10:13. Разместил: heqiqet Federika Mogerini Azərbaycana gəlir Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini Azərbaycana səfər edəcək.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Məlumatda bildirilir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti F.Mogerininin Azərbaycana səfəri 29 fevral-1 mart tarixlərində baş tutacaq.
Səfər çərçivəsində F.Mogerininin fevralın 29-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Вернуться назад