DataLife Engine > siyaset > Prezidentlər təyyarədə çay içdilər

Prezidentlər təyyarədə çay içdilər


16-03-2016, 11:15. Разместил: heqiqet Prezidentlər təyyarədə çay içdilər Ötən gün Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri iki ölkədən başqa dünya mediasında da maraqla şərh olunan mövzulardan birinə çevirilib.
Bu dəfə gündəm mövzusu səfər zamanı tərəflərin etdiyi çıxışlar, səsləndirdikləri bəyanatlar və yaxud da tərəflər arasında imzalanan sənədlər olmayıb. Bütün media prezidentlərin qarşılıqlı etdiyi jestlərə diqqət yetirib ki, bu siyasi liderlər arasında çox az rast gəlinən hadisədir. Bu səfər siyasi, iqtisadi və beynəlxalq yükündən daha çox mənəvi məsələləri özündə açıq şəkildə göstərdi. Prezidentlər bunu səmimi və həm də nümayişkəranə şəkildə kameralar qarşısında bütün dünyaya göstərdilər.
İlham Əliyevin Ankaradan yola salınma mərasimi də standartlardan kənar olaraq reallaşması diqqətdən kənar qalmayıb. Belə ki, Əliyevi şəxsən yola salan Ərdoğan bununla kifayətlənməyib. O, Azərbaycan prezidentinin təyyarəsinə qalxıb, təyyarədə çay içiblər və söhbət ediblər.

Вернуться назад