DataLife Engine > siyaset > Erməni nazir Zakir Həsənovla görüşmədi, çünki...

Erməni nazir Zakir Həsənovla görüşmədi, çünki...


28-04-2016, 11:31. Разместил: heqiqet Erməni nazir Zakir Həsənovla görüşmədi, çünki... “Azərbaycan tərəfi atəşkəs rejimini pozduğuna görə danışıqlar mümkün deyil”.
Bunu Ermənsitanın müdafiə naziri Seyran Ohanyan deyib.
Moskvada təhlükəsizliyə dair 5-ci sammitdə iştirak zamanı mətbuata müsahibəsində erməni nazir azərbaycanlı həmkarı ilə görüşün təşkilinə cəhd olub-olmaması barədə xəbərlərə də münasibət bildirib:
“Belə danışıq olmayıb. Çünki mən onlara dedim ki, atəşkəs barədə razılıq uzun sürmədi, xüsusilə də son günlər. 24 aprel gecə saatlarından başlayaraq atəşkəs pozulur. Artilleriyadan istifadə olunur. Azərbaycanlı jurnalistlər konfransda mənə yaxınlaşdılar, maraqlandılar ki, niyə Ermənistan danışıqlar prosesinin bərpası üçün tədbirlər görmür. Mən isə bildirdim ki, indiki şəraitdə danışıqlar mümkün deyil, bunu üçün Azərbaycan tərəfi atəşi dayandırmalıdır”.
Qeyd edək ki, bundan əvvəl prezident Serj Sarkisyan da Ermənistanın danışıqlardan imtina etdiyini bildirmişdi./cebheinfo/

Вернуться назад