DataLife Engine > siyaset > Artur Rasi-zadə Gürcüstana getdi

Artur Rasi-zadə Gürcüstana getdi


16-05-2016, 11:15. Разместил: heqiqet Artur Rasi-zadə Gürcüstana getdi Azərbaycanın baş naziri Artur Rasi-zadənin Gürcüstana səfəri başlayıb.
Mayın 16-da Şota Rustaveli adına Tbilisi beynəlxalq aeroportunda Artur Rasi-zadənin rəhbərlik etdiyi nümayəndə heyətini Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərin məqsədi Tbilisidə keçiriləcək "Şərq-Qərb" enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir.
Səfər çərçivəsində A.Rasi-zadənin Gürcüstanın dövlət və hökumət rəhbərləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.



Вернуться назад